KİV: Durov Fransanı tərk etdi

Dünya

15.03.2025 21:30

2388

“Telegram”ın həmtəsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edib.

TodayPress xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Rusiyalı iş adamının Dubaya getdiyi bildirilir.

Qeyd edək ki, Durov 2024-cü ilin avqustunda “Paris Le Burje” hava limanında saxlanılıb. O, bir neçə gün həbsdə saxlanıldıqdan sonra 5 milyon avro girov müqabilində və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə azadlığa buraxılıb. Ona Fransa ərazisini tərk etmək qadağan edilmişdi.

tag: Durov, Dubay, Fransa, Tərk, Hava Limanı, Telegram, todaypress.az,