KİV: ABŞ seçkilərdən sonra Ukraynaya yardımı azaldacaq
Dünya
01.11.2024 07:56
Noyabrın 5-də keçiriləcək
prezident seçkilərindən sonra formalaşacaq yeni Vaşinqton administrasiyası
Amerika cəmiyyətinin təzyiqi səbəbindən Ukraynaya yardımın həcmini azaltmaq
məcburiyyətində qalacaq.
TodayPress xəbər verir ki, bu barədə
publisist Kristofer Kaldvel Britaniyanın həftəlik “The Spectator” jurnalı üçün
yazdığı məqalədə yazıb.
“Növbəti prezident - istər
Harris, istərsə də Tramp - ABŞ-nin Ukrayna münaqişəsində iştirakına dair daxili
təzyiqlərə müqavimət göstərə bilməyəcək” Kaldvel qeyd edib.
Onun sözlərinə görə,
sentyabr ayından bəri Harris Ukrayna münaqişəsindən demək olar ki, danışmır,
çünki sorğular göstərir ki, Amerika seçiciləri bu mövzuya maraq göstərmir.
Publisist bildirb ki,
Respublikaçılar Partiyasının bir çox nümayəndəsi Ukraynada genişmiqyaslı
korrupsiya və ABŞ-də artan problemlər fonunda Kiyevə əlavə vəsaitin ayrılmasına
skeptik yanaşır.
tag: Vaşinqton, ABŞ, Ukrayna, Tramp, Yardım, todaypress.az,