Kişilər 80, qadınlar 84 il yaşayacaqlar -BMT
Dünya
14.07.2024 18:36
2084-cü ildə dünya əhalisinin maksimum sayının 10,3 milyard nəfər olacağı proqnozlaşdırılır.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin hesabatında dərc olunub.
2100-cü ilə qədər isə bu sayın bir qədər azalaraq 10,2 milyarda çatacağı gözlənilir.
Eyni zamanda, hesabata görə, orta ömür uzunluğunun tədricən artacağı və 21-ci əsrin sonunda 81,7 il olacağı gözlənilir. Kişilər orta hesabla 80 il, qadınlar isə təxminən 84 il yaşayacaqlar.
Günəş Mərd
tag: BMT,dünya,əhali,ömür,todaypress.az,