Kimyəvi maddələr daşıyan qatar çaya düşdü

Dünya

05.01.2025 13:50

919

ABŞ-də yük qatarı keçərkən estakada körpüsü çöküb.

TodayPress xəbər verir ki, bu barədə "Portland & Western Railroad" (PNWR) şirkəti məlumat yayıb.  

Nəticədə 19 vaqondan ibarət qatarın gübrə üçün istifadə olunan kimyəvi maddə daşıyan vaqonu Meri çayına aşıb.  

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Günəş Mərd 

tag: Gübrə,Qatar,Körpü,Meri çayı,Todaypress.az,