Kim Çen In Seula cavab verdi: “Nüvə hücumu olacaq”
Dünya
04.10.2024 13:35
Şimali Koreya təhlükəsizliyi və suverenliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.
TodayPress "NBC News"a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Aydın olur ki, o, Cənubi Koreya prezidenti Yoon Seok-Yeolun “Şimali Koreya rejiminə” son qoymağa hazır olduğunu bildirən bəyanatını şərh edib.
“Əgər Cənubi Koreya KXDR-in suverenliyinə qəsd edərək silahlı qüvvələrdən istifadə etməyə çalışarsa, biz nüvə silahı da daxil olmaqla hücum qüvvələrindən istifadə edəcəyik” deyə Kim Çen In bildirib.
tag: Cənubi Koreya ,Prezident ,Yoon Seok-Yeol ,Şimali Koreya ,KXDR ,todaypress.az,