Kim Çen In: “Ballistik raketin buraxılması xəbərdarlıqdır”

Dünya

31.10.2024 11:24

Şimali Koreya lideri Kim Çen In qitələrarası ballistik raketin buraxılışını regionda gərginliyin artması fonunda ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə xəbərdarlıq adlandırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Sınaq son vaxtlar regionda vəziyyəti qəsdən gərginləşdirən və respublikamızın təhlükəsizliyinə təhdid yaradan düşmənlərə cavab verən məqsədyönlü hərbi əməliyyatdır” deyə o, qeyd edib. 

Xatırladaq ki, oktyabrın 31-i gecə saatlarında Şimali Koreya Şimali Koreyanın şərq sularına doğru ballistik raket sınağı keçirib.  Raket Yapon dənizinə doğru atılıb və Hokkaydo adasının yaxınlığında onun sularına düşüb.

Günəş Mərd

tag: Kim Çen In, Şimali Koreya,Qitə, Təhlükəsizlik, todaypress.az,