Kim ABŞ və müttəfiqlərinə xəbərdarlıq etdi

Dünya

10.09.2024 13:10

Şimali Koreya istənilən vaxt ABŞ və müttəfiqlərinə qarşı istifadə etmək məqsədilə nüvə arsenalını hazır vəziyyətə gətirə bilər. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Onun sözlərinə görə, bu qərar dövlətin və vətəndaşların təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. 

O, həmçinin rəsmi Vaşinqton və onun tərəfdaşlarını nüvə potensialını artırmaqda ittiham edib.

Kim Çen In qeyd edib ki, ABŞ və onun müttəfiqi olan dövlətlərlə mübarizə üçün güclü hərbi potensialın formalaşdırılmasını vacibdir.

tag: Şimali Koreya ,ABŞ, Müttəfiq, Kim Çen In, Vaşinqton ,todaypress.az,