Kilsənin damı uçdu: 2 nəfər öldü, onlarla insan yaralandı
Braziliyanın şərqində kilsənin damının uçması nəticəsində ən azı iki nəfər ölüb, onlarla insan yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd olunur ki, hadisə Resife şəhərində baş verib. Damın uçması zamanı binada ümumilikdə 60-70 nəfər olub.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölənlərin yaxınlarına başsağlığı verib.
Günəş Mərd
tag: Braziliya, Kilsə ,Resife, Prezident, Luiz İnasio Lula Da Silva, todaypress.az,