Kiçik Kennedi prezident seçkilərində Trampı dəstəkləyəcək
Dünya
24.08.2024 02:00
ABŞ-da prezidentliyə müstəqil namizəd kiçik
Robert Kennedi seçki kampaniyasına fasilə verib.
TodayPress xəbər verir ki, bu barədə o, “X” sosial
şəbəkə hesabında bildirib.
“Mən seçki kampaniyamı dayandırmıram, sadəcə fasilə
verirəm. Adım əksər ştatlarda bülletendə qalacaq” o qeyd edib.
Siyasətçi ABŞ prezidentliyi yarışında Donald Trampı
dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və
paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də
keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı,
ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini
irəli sürə bilər.
tag: ABŞ,Prezident,Seçki,DonaldTramp,todaypress.az,