Keyfiyyətsiz qidalanma uşaqları hansı risklərlə qarşı-qarşıya qoyur?

Dünya

20.06.2024 00:59

1053

İngiltərədə yerləşən Qida Fondu dərc etdiyi hesabatında İngiltərədə yaşayan uşaqların qeyri-adekvat və keyfiyyətsiz qidalanma səbəbindən daha qısa boylu, kök və sağlamlıq problemləri olduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, hesabatda uşaqların boylarında 2013-cü ildən etibarən qısalma müşahidə edildiyi, 2006-cı ildən etibarən 10-11 yaş arası uşaqlarda piylənmənin yüzdə 30, son 5 ildə isə 2-ci tip diabetin  22 faiz artdığı ortaya çıxıb.

Hesabatda uşaqların həddindən artıq şəkərli və duzlu qidalar bombardmanına məruz qaldığı, bu qidaların aşırı kalori qəbuluna səbəb olduğu, lakin tərkibində heç bir vitaminlərin minerallar, lif, sağlam yağlar və keyfiyyətli protein olmadığı bildirilir.

Xəbərdə İngiltərədə 2013-cü ildən bu yana 5 yaşındakı uşaqların boyunun keyfiyyətsiz qidalanma səbəbiylə azaldığı vurğulanıb.

Məşhur britaniyalı aşpaz Ceymi Oliver hesabatla bağlı bunları deyib: “Hökumətin onilliklər ərzində etinasızlığı uşaqların piylənmə ilə bağlı xəstəliklərdən daha çox əziyyət çəkməsinə səbəb olub. Uşaqların  boylarının qısalması həm də ömürlərinin daha qısa olması deməkdir. Onlara xoşbəxt, sağlam insan olmaq şansı verilmir” deyə fikir bildirib.

 GÜNEL

tag: İngiltərə, Sağlam qidalanma, Keyfiyyətsiz qida, Protein, todaypress.az,