Kəşfiyyatçı nüvə müharibəsi ssenarisini açıqladı
Dünya
29.08.2024 09:05
Təqaüddə olan amerikalı kəşfiyyatçı Skott Ritter ABŞ-nin Rusiya ilə mümkün nüvə müharibəsi ssenarisini açıqlayıb.
TodayPress xəbər verir ki, o, bu barədə “You Tube” kanalında danışıb.
Ritter nüvə müharibəsində Rusiyanın ABŞ-nin atılan raketlərini məhv edəcəyini vurğulayıb.
“Birləşmiş Ştatlara sarsıdıcı zərbə vurulacaq ki, bu da onun nüvə qüvvələrini işə salmazdan əvvəl məhv edəcək” deyə o bildirib.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, Rusiya öz arsenalını modernləşdirib. Vaşinqtonun nüvə qüvvələri isə çox köhnəlib. Bu səbəbdən potensial düşmənə layiqli cavab verə bilməyəcəklər.
Günəş Mərd
tag: Nüvə, Müharibə, Rusiya, Kəşfiyyat, Arsenal, todaypress.az,