Kəşfiyyat: Ukrayna ötən il 1358 əsiri geri qaytarıb
Dünya
05.01.2025 15:45
Ukrayna kəşfiyyatı ötən il ərzində Rusiya əsirliyindən azad edilən ukraynalıların sayını açıqlayıb.
TodayPress "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, 2024-cü ildə 2023-cü illə müqayisədə daha çox vətəndaşı Ukraynaya qaytarmaq mümkün olub.
Ümumilikdə, 2024-cü ildə Ukrayna 11 əsir mübadilə həyata keçirib və 1358 vətəndaşını Rusiyadan geri qaytarıb.
Bundan əlavə, Ukraynaya qaytarılan ölü hərbçilərin sayı artıb. Bu rəqəm 2023-cü illə müqayisədə üç dəfə çox olub.
Günəş Mərd
tag: Ukrayna,Rusiya,Əsir,Mübadilə ,Todaypress.az,