Kəşfiyyat rəhbəri: “Rusiya NATO-ya hücum edəcək”
Dünya
28.11.2024 12:55
“Rusiya NATO-nun qırmızı xətlərini keçməyə davam edəcək və onilliyin sonuna qədər NATO ölkələrinə hücum edəcək”.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl bildirib.
O, Rusiyanın Qərblə müharibəyə hazırlaşdığını iddia edir.
Eyni zamanda, Kahl hesab edir ki, bu, təkcə NATO ölkələrinə genişmiqyaslı müdaxilə deyil Şimali Atlantika Alyansını çökdürmək məqsədi daşıyan məhdud əməliyyat olacaq.
“Rusiya rəhbərliyində bu cür fikirlər üstünlük təşkil edərsə, qarşıdakı illərdə hərbi münaqişə riski artacaq” deyə o, əlavə edib.
Günəş Mərd
tag: Rusiya, NATO, Qərb, Alyans, todaypress.az,