Kennedi: “Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasını istəyir”

Dünya

02.12.2024 15:47

ABŞ-də ətraf mühit üzrə hüquqşünas və prezidentliyə keçmiş namizəd Robert Kennedinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə Suriyada vəziyyət gərginləşdikdən sonra yenidən gündəm olub. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, o, müsahibə zamanı ABŞ-nin Suriyada sabitliyi pozduğunu etiraf edib.    

“Biz İraqı gəldiyimizdən daha pis vəziyyətdə tərk etdik. Səddamdan daha çox iraqlı öldürdük...Bu gün İraq şiə və sünni qrupları arasında ixtilaflı bir ölkədir. İŞİD-i biz yaratdıq. Suriyada müharibəyə başladıq və 2 milyon qaçqını Avropaya göndərdik ki, bu da növbəti iki-üç nəsil üçün Avropada demokratiyanın sabitliyini pozdu!” deyən Kennedinin sözləri bir çox dünya siyasətçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Kennedi, həçminin Trampın Suriya ilə Türkiyə arasındakı sərhədə xüsusi diqqət yetirdiyini də bəyan edib: 

"Tramp Suriya ilə Türkiyə sərhədində 500 əsgərimiz olduğunu deyib. Suriyada 250 min yaraqlı var. Onlar bir-birinə qarşı çıxsalar, biz döyüşməli olacağıq. Buna görə Donald Tramp digər tərəflər arasında döyüşlər başlayarsa, Amerika qoşunlarının Suriyanın şimalından çıxarılmasını istəyir”  

Günəş Mərd

tag: Tramp,Amerika, Suriya,Sərhəd, todaypress.az,