Kennedi ailəsinin ən yaşlı üzvü xəstəxanaya yerləşdirildi

Dünya

09.10.2024 09:32

ABŞ-də Kennedi ailəsinin yaşayan ən yaşlı üzvü olan 96 yaşlı Etel Kennedi insult keçirərək xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb. 

Yaşlı qadın yuxusunda insult keçirib. Qızı Kerri bildirib ki, Ethel hazırda yerli xəstəxanada müalicə olunur.

“O, özünü yaxşı hiss edir. Bildiyiniz kimi, heyrətamiz dərəcədə güclü qadındır” deyə  Kerri sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Etel ABŞ-nin 35-ci prezidenti  Con Kennedinin gəlini və builki prezident seçkilərinə qatılan Donald Trampı dəstəkləyən kiçik Robert F. Kennedinin anasıdır. 

2014-cü ildə ABŞ-nin 44-cü prezidenti Barak Obama Eteleni Prezident Azadlıq medalı ilə təltif edib. 

Günəş Mərd

tag: Kerri ,Yaşlı Qadın ,Obama ,Eteleni ,ABŞ ,todaypress.az,