Keniyada vergi üsyanı - 1 ölü, 200 yaralı

Dünya

21.06.2024 20:30

Keniyada hökumətin  Beynəlxalq Valyuta Fondunun (BVF) təzyiqi ilə çörək və yağ da daxil olmaqla bir çox əsas qida məhsulların vergilərini artırmaq planı insanları ayağa qaldırıb.

TodayPress xəbər verir ki, dünən bir çox şəhərdə nümayişçilər hökumətin 2,7 milyard dollarlıq əlavə vergi toplamaq planına qarşı etiraz aksiyası keçirib. Qarşıdurma zamanı 1 nəfər ölüb, 200 nəfər yaralanıb, 100-dən çox nümayişçi saxlanılıb. Paytaxt Nayrobidə polis minlərlə insana təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edib. İnsan haqları təşkilatları nümayişçilərə qarşı real güllələrdən də istifadə edildiyini bildirib.

Etirazlara qatılan keniyalılar onsuz da dəhşətli yoxsulluq içində yaşadıqlarını və yeni vergilərin onların həyatlarına daha da mənfi təsir edəcəyini deyiblər. BVF isə vergilərin artırılması planını dəstəkləyir və hökumətin borcları, büdcə kəsirini bağlamaq üçün gəlirləri artırmalı olduğunu müdafiə edir.

Əhalinin sərt reaksiyasından sonra prezident Uilyam Ruto geri addım atmalı olub. O, çörək və yağ kimi bəzi qida məhsullarındakı vergi artımının dayandırılması ilə bağlı qərar qəbul edib.

Keniya Parlamentinin gələn həftə yeni vergi qanununu müzakirə edəcəyi gözlənilir.

GÜNEL

tag: Keniya, Beynəlxalq Valyuta Fondu, Vergi, Aksiya, todaypress.az,