Keniyada hökumət əleyhinə etirazlarda 39 nəfər həyatını itirdi

Dünya

02.07.2024 04:00

2349

Keniyada hökumət əleyhinə etirazlar zamanı 39 nəfər həlak olub, 350-dən çox insan yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin milli insan haqları komissiyası məlumat yayıb.

Məlumata görə, etiraz aksiyaları zamanı 32 nəfər itkin düşüb, 627 nəfər isə saxlanılıb.

Daha əvvəl “Human Rights Watch” azı 31 nəfərin öldüyü barədə məlumat vermişdi.

Xatırladaq ki, Keniyada artan vergilərə qarşı etirazlar iyunun 18-də Nayrobidə baş qaldırdı və qısa müddətdə bütün ölkəyə yayıldı.

İyunun 26-da Keniya prezidenti Uilyam Ruto mübahisəli qanun layihəsini ləğv etdi, lakin etirazçılar hökumətin istefasını tələb etməyə davam etdilər.

tag: Keniya, Nayrobi, Etiraz aksiyası, Uilyam Ruto,todaypress.az,