Keniyada etirazçılar parlamentin binasına hücum etdilər
Dünya
25.06.2024 17:33
Keniyada hökumət əlyehinə mitinq keçirilib. Vergi artımına qarşı çıxan etirazçılar parlament binasına hücum ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Citizen TV” məlumat yayıb.
Etirazçılar parlament binasını bir neçə tərəfdən yandırıblar.
Əraziyə çox sayda polis əməkdaşı cəlb edilib. Bu zaman hüquq mühafizə orqanları ilə nümayişçilər arasında toqquşma yaşanıb. Polisin etirazçılara açdığı atəş nəticəsində ən azı 50 nəfər yaralanıb.
Nümayişdə Barak Obamanın ögey bacısı Auma Obama da olub və o, xəsarət alıb.
Günəş Mərd
tag: Keniya, Etirazçılar, Vergi, Parlament, Barak Obama, todaypress.az,