Keniya iğtişaşlarla mübarizə üçün qoşun göndərdi
Keniya prezidenti Uilyam Ruto xalqa müraciətində hərbçilərə iğtişaşları yatırmaq əmri verdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Keniya prezidenti Citizen telekanalında məlumat verib. Ruto ölkədəki etirazlarla mübarizə üçün bütün qüvvələrin səfərbər edildiyini bildirib və ölkədə baş verənləri konstitusiya quruluşuna təhlükə adlandırıb.
GÜNEL
tag: Keniya, Uilyam Ruto,Etiraz, Hərbçi,todaypress.az,