Kelloq: "Ukrayna münaqişəsinin həlli yaxındır"
ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Ukrayna münaqişəsinin həlli istiqamətində proses düzgün yolla davam edir.
TodayPress xəbər verir ki, o, bu barədə "Fox News"a danışıb.
Onun sözlərinə görə, ilk addım olaraq ən azı 30 günlük hərtərəfli atəşkəs planlaşdırılır.
Bu atəşkəs dənizdə, havada, quruda və sənaye sahələrində qüvvədə olacaq.
Daha sonra müddət uzadılaraq davamlı sülh sazişinə çevrilə bilər.
Türkan İsgəndərli
tag: Keyt Kelloq,Rusiya,Ukrayna,ABŞ,Todaypress.az,