Kelloq: "Tramp Ukraynada davamlı və ədalətli sülh istəyir"

Dünya

24.12.2024 11:16

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada davamlı və ədalətli sülhə nail olmaq istəyir". 

TodayPress xəbər verir ki,Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox Business" telekanalında bildirib.

Kelloqun sözlərinə görə, regiona sülh gətirmək istəyi Trampın beynəlxalq gündəmində bir nömrəli prioritetdir.

Seçki kampaniyası zamanı Tramp hətta andiçmə mərasimindən əvvəl də Ukrayna böhranının diplomatik yolla həllinə nail olacağını dəfələrlə bəyan edib. 

Töhfə Səməd

tag: Tramp, Kelloq, Ukrayna, Mərasim ,todaypress.az,