Keçmiş spikeri İranda prezident olmaq istəyir

Dünya

31.05.2024 13:26

İran parlamentinin keçmiş spikeri Əli Laricani növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Bu barədə məlumatı "Tasnim" yayıb. 

Məlumata görə, 66 yaşlı iranlı siyasətçi bu gün sənədlərini təqdim edib.

Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-da başlayıb və iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.

Onu da qeyd edək ki, Ə.Laricani 2008-2020-ci illərdə İran parlamentinin sədri olub.

tag: Dünya, İran, Siyasət, Seçkilər,todaypress.az,