Keçmiş səfir Pezeşkianın xarici siyasətindən danışdı

Dünya

15.07.2024 12:00

İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas İranın yeni prezidenti Məsud Pezeşkianın xarici siyasət strategiyasından danışıb. 

TodayPress “İRNA”ya istinadən xəbər verir ki, o, yeni hökumətin xarici siyasət strategiyasının realist, balanslı və həll yönümlü hesab etdiyini bildirib.  

“Gözlənildiyi kimi, xarici siyasət yeni prezidentin planlarının mərkəzində olub və onun son bəyanatı və dünyaya mesajı göstərib ki, yeni hökumət daxili siyasət və problemlərlə yanaşı, İran siyasətinə və xarici əlaqələrə də xüsusi diqqət yetirəcək”.

Keçmiş diplomatın fikrincə, avropalıları bərabərhüquqlu dialoqa dəvət etmək və səhv addımları təkrarlamamağı tövsiyə etmək, Şərqlə Qərb arasında müsbət balans, qonşulara və bölgə ölkələrinə xüsusi diqqət yetirmək hazırkı hökümətin xarici siyasətinin prioritetidir. 

Günəş Mərd

tag: İran, Azərbaycan, Məsud Pezeşkian, prezident, Avropa, todaypress.az,