Keçmiş britaniyalı deputat Ukrayna Silahlı Qüvvələrinə qoşuldu
Dünya
03.02.2025 10:14
Böyük Britaniya parlamentinin keçmiş deputatı Cek Lopresti Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Ərazi Müdafiəsi Legionuna qoşulduğunu açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Məlumata görə o,ön cəbhədə xidmət etmir, yardımçı işlər görür.
Loprestinin öhdəliklərinə beynəlxalq əlaqələr və diplomatiya, silah tədarükü, veteranlar və Ukrayna xeyriyyə təşkilatları ilə iş daxildir.
Nicat Osman
tag: Britaniya,Ukrayna,Ərazi,Ölkə,Kiyev,Todaypress.az,