Kazanda PUA 37 mərtəbəli yaşayış binasına çırpıldı

Dünya

21.12.2024 10:00

Kazanda pilotsuz uçuş aparatı (PUA) 37 mərtəbəli yaşayış binasına çırpılıb. 

TodayPress xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Zərbə nəticəsində yanğın baş verib və hündürmərtəbəli binanın yuxarı mərtəbələrində tüstü görünüb. 

Sakinlər təxliyə edilib. Ətrafda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Töhfə Səməd

tag: Kazan, Bina, PUA ,Pilotsuz,todaypress.az,