Kazanda itlər qadını parçalayaraq öldürdü
Dünya
10.11.2024 12:11
Tatarıstanda
it yerli sakini parçalayaraq öldürüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin
İstintaq İdarəsi məlumat yayıb. Hadisə Samosırovo kəndində baş verib.
48 yaşlı
Pyateroçka işçisi səhər işə çıxıb. İlkin məlumata görə, qadın qısa yoldan
istifadə edərək istehsalat bazasından keçmək qərarına gəlib. O, mağazaya
çatmayıb və axşam evə qayıtmayıb. Axtarışlara başlayan yaxınları qadını
parçalanmış halda boş ərazidə tapılıb. Onu xilas etmək mümkün olmayıb. Rus
qadına bazanın ərazisində yaşayan itlər hücum edib. Onun bədənində
çoxsaylı dişləmələr aşkar edilib, qurbanın paltarları cırılıb, bədəninin bəzi
hissələri sümüyə qədər dişlənib.
Faktla bağlı
cinayət işi başlanıb.
tag: Kazan, Tatarıstan, Rusiya,Qadın, İt, todaypress.az,