Kazanda BRICS tərəfdaşının yeni statusu müzakirə olunacaq
Kazanda keçiriləcək BRICS sammitində “BRICS tərəfdaşının yeni statusu” adlı hesabat təqdim olunacaq.
TodayPress xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini, Rusiyanın BRICS-də nümayəndəsi Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, indi qarşıda duran vəzifə artıq qəbul edilmiş üzvləri alyansa inteqrasiya etməkdir. “Ancaq BRICS-in qapıları açıqdır” deyə o, əlavə edib.
Ryabkov onu da qeyd edib ki, BRICS-in sıralarının genişlənməsi əsas məqsəd deyil. Müraciət edən ölkələr üçün heç bir xüsusi tələb olmayacaq, lakin müəyyən meyarlar olacaq. BRICS-ə qoşulmaq üçün ölkələr “suveren kurs tutmalı”, “beynəlxalq və regional məsələlərdə mühüm rol oynamalı” və assosiasiya üzvlərinə qarşı sanksiyalara qoşulmamalıdır.
S.Ryabkovun qeyd etdiyi kimi, 30-dan çox lider Kazanda oktyabr sammitində iştirakını təsdiqləyib.
tag: BRICS ,Ryabkov ,Kazan ,Rusiya ,Sammit ,todaypress.az,