Kazan, Nijnekamsk və Ulyanovsk aeroportları fəaliyyətini dayandırdı

Dünya

11.01.2025 09:58

Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

TodayPress bu barədə "Rosaviatsia"ya istinadən xəbər verir.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijnekamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib” qurumun teleqram kanalında bildirilib.

Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.

tag: Kazan ,Gəmilər, Kazan ,Uçuş ,todaypress.az,