Kazan aeroportu PUA hücumuna görə reysləri dayandırdı
Dünya
03.10.2024 11:00
Kazan Beynəlxalq Hava Limanı PUA hücumu səbəbindən reysləri dayandırıb.
TodayPress xəbər verir ki, Rosaviasiya Moskva vaxtı ilə saat 6:00-dan etibarən Kazan hava limanının müvəqqəti olaraq reysləri qəbul etmədiyini və göndərmədiyini açıqlayıb.
Bildirilib ki, aeroportda PUA təhlükəsi ilə əlaqədar "Xalça" əməliyyatı tətbiq olunub.
"Omsk, Hurqada və Çelyabinskdən Kazan hava limanına uçan reyslər Samara və Beqişevodakı alternativ aerodromlara yönləndirilib" deyə Rosaviasiyanın mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
tag: Kazan ,PUA ,Rosaviasiya, Moskva ,Samara ,todaypress.az,