Kaxa Kaladze Gürcüstan müxalifətinə xəbərdarlıq etdi
Dünya
26.10.2024 23:54
“Gürcüstanda müxalifət partiyaları xalqın
dəstəyini almır, ölkədə çevriliş və ya inqilab təşkil edə bilməyəcəklər”.
TodayPress xəbər verir ki, bunu Gürcüstanın
hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin
meri Kaxa Kaladze deyib.
“Müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı
yoxdur. Çevriliş edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün
müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa
cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq” Kaladze bildirib.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının
ilkin məlumatlarına görə, hakim partiya 52,99% səs toplayıb ki, bu da təxminən
parlamentdəki 90-91 mandata uyğundur. Partiya hökuməti təkbaşına qurmaq hüququ
əldə etsə də, parlamentdə konstitusiya çoxluğuna malik olmayacaq.
tag: Gürcüstan, Parlament, Seçki, Gürcü Arzusu, Tblisi, todaypress.az,