Katolik kardinallarından sülh çağırışı
Roma Katolik Kilsəsinin kardinal kollegiyası Ukrayna, Yaxın Şərq və digər regionlarda sülh prosesində irəliləyişin olmamasından təəssüfləndiklərini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
“Biz, Konklav öncəsi Ümumi yığıncağa toplaşan Roma Kilsəsinin kardinalları, Ukraynada, Yaxın Şərqdə və dünyanın bir çox digər bölgələrində sülh prosesinə yardım istiqamətində irəliləyişin olmamasını və mülki əhaliyə qarşı hücumların artmasını dərin təəssüflə qeyd edirik” deyə bəyanatda bildirilir.
Kardinallar münaqişə tərəflərini ilkin şərtlər olmadan və gecikmədən atəşkəsə və danışıqlara çağırıblar.
Qeyd edək ki, aprelin 28-də Müqəddəs Taxt-Tacın mətbuat rəhbəri Matteo Bruni bildirib ki, yeni Roma papasının seçilməsi üçün konklav mayın 7-də toplanacaq. 80 yaşınadək olan təxminən 135 kardinalın səsvermədə iştirak hüququ var.
Qiymət Mahir
tag: Katolik,Kardinal,Kilsə,Ukrayna,todaypress.az,