Kataloniyada insanlar ayağa qalxdı, turizm əleyhinə mitinq

Dünya

07.07.2024 10:06

Kataloniyada kütləvi etiraz aksiyası keçirilib. 

TodayPress “Catalan News”a istinadən xəbər verir ki, nümayişdə 3 mindən çox insan iştirak edib.

Mitinqlərdə turist axınına məhdudiyyətlərə qoyulması tələb olunub. Aksiya iştirakçıları hesab edirlər ki, kütləvi turist axını sosial bərabərsizliyi, mənzil çatışmazlığını və ekoloji böhranı gücləndirir.

Qeyd edək ki, Barselonada mitinqə 2800, Gironada isə 400-dən çox insan qatılıb. Gironada aksiyaçılar turistlərə təklif edilən evlərə etiraz plakatları yapışdırıblar.

Töhfə Səməd

tag: todaypress.az,Barselona, Mitinqə, Kataloniya,etiraz, aksiya,