“Kaspersky Labs” ABŞ-dəki fəaliyyətini dayandırır

Dünya

16.07.2024 15:50

“Kaspersky Labs” iyulun 20-dən etibarən ABŞ-dəki əməliyyatlarını tədricən dayandıracaq. 

TodayPress xəbər verir ki,  bu barədə “Reuters” məlumat yayıb. 

Bu qərar, Bayden administrasiyasının şirkətin ölkədə satışına qadağa qoyacağını elan etməsindən sonra verilib. 

Xatırladaq ki, “Kaspersky Labs”  1997-ci ildə Yevgene Kaspersky, Natalya Kaspersky və Aleksey De-Monderik tərəfindən təsis edilib. Şirkət antivirus, internet təhlükəsizliyi, parol idarəçiliyi və digər kibertəhlükəsizlik məhsul və xidmətlərini hazırlayır və satır.

Töhfə Səməd

tag: ABŞ, Kaspersky Labs,Əməliyyat, Bayden, todaypress.az,