Karlsonun oğluna yeni administrasiyada vəzifə veriləcək
Dünya
28.01.2025 10:55
Məşhur amerikalı jurnalist Taker Karlsonun oğlu Bakli Karlson ABŞ-nin vitse-prezidenti J.D.Vansın mətbuat xidmətində vəzifə tutacaq.
TodayPress xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Kanalın mənbələrinə görə, Bakli Karlson Vansın mətbuat katibinin müavini olacaq. Karlson Jr. 2019-cu ildən ABŞ Konqresində işləyir.
O, son vaxtlar İndiana ştatından Respublikaçı konqresmen Cim Banksın icraçı direktorunun müavini vəzifəsində çalışıb.
Günəş Mərd
tag: Karlson,Tramp,ABŞ,Vəzifə,Todaypress.az,