Karlson Zelenskini ittiham etdi

Dünya

01.02.2025 16:46

Amerikalı jurnalist Taker Karlson Ukrayna prezidenti Volodimir Zelenskini “diktator” adlandırıb.

TodayPress xəbər verir ki, Karlson bu barədə britaniyalı həmkarı Pirs Morqana müsahibəsində deyib.  "Diktatorun birinci xüsusiyyəti onun seçilməməsidir.

Deməli, Zelenski də seçilmir. O, dini konfessiyanı da qadağan edib, siyasi rəqiblərini öldürüb, dil qrupunu qadağan edib. Bütün bunlar, məncə, diktaturanın əlamətləridir”. 

O əlavə edib ki, ABŞ və Böyük Britaniya hökumətləri “Ukraynadakı bu diktatoru” dəstəkləyir. Xatırladaq ki, Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatıb. Ukraynada 2024-cü il prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib.   

Nicat Osman

tag: Ukrayna ,Zelenski,Rusiya,ABŞ,Taker Karlson,Todaypress.az,