Kanar adalarına gələn miqrantların sayı rekord həddə çatdı

Dünya

03.12.2024 18:15

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Kanar adaları vasitəsilə ölkəyə qeyri-qanuni daxil olan miqrantların sayı analoji dövrlə müqayisədə illik rekordu keçib.

TodayPress xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb. 

Nazirliyin aylıq məlumatlarına görə, yanvar-noyabr ayları arasında şimal-qərb Afrika sahillərində yerləşən bu İspaniya arxipelaqına 41,425 miqrant gəlib. Təkcə noyabrda 7,338 nəfər təşrif buyurub ki, bu da 2024-cü ilin əvvəlindən bəri ən yüksək aylıq göstəricidir.

Qeyd edək ki, ötən il ərzində 39,910 giriş qeydə alınıb.  

Kanar adalarına bu kütləvi gəlişlər rəsmiləri son aylarda bir neçə dəfə həyəcan təbili çalmağa məcbur edib. 

Qeyd olunub ki, son illərdə minlərlə miqrant Afrikadan Atlantik marşrutu ilə, əsasən Kanar adaları vasitəsilə, həddindən çox yüklənmiş qayıqlarda Avropaya çatmağa çalışarkən həlak olub.

Töhfə Səməd

tag: Nazirlik, Afrika,İspaniya,DİN,todaypress.az,