Kanadada yaşayanlar səsvermədə iştirak edə bilməyəcəklər – Ottovadan Tehrana qadağa

Dünya

24.06.2024 19:00

1782

Kanada hakimiyyəti İrana prezident seçkiləri üçün ölkədə seçki məntəqəsi açmağa icazə verməyib.

TodayPress xəbər verir ki, bu barədə “ISNA” məlumat yayıb.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib. Ölkənin ən ali kürsüsü uğrunda 6 namizəd mübarizə aparacaq. 

Xatırladaq ki, Ottava 2012-ci ildə İslam respublikasının Suriya hökuməti ilə əməkdaşlığı, eləcə də İranın BMT-nin təftiş tələblərinə əməl etməməsi səbəbindən Tehranla diplomatik əlaqələri dayandırıb. Kanada hakimiyyəti İrandakı səfirliyi bağlayıb və iranlı diplomatları Ottavadan qovub.  

Günəş Mərd

tag: İran, Tehran, İslam Respublikası, Dünya, todaypress.az,