Kanadada rekord sayda qızıcaya yoluxma qeydə qalındı
Dünya
23.11.2024 06:18
2024-cü ildə
Kanadada 2015-ci ildən bəri ən böyük qızılca xəstəliyi alovlanması qeydə alınıb.
TodayPress xəbər verir ki, bu
barədə Kanada Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Nazirliyə görə, ilin əvvəlindən ölkədə 130 qızılca
yoluxma halı qeydə alınıb. Bir nəfər vəfat edib. Xəstəliyin alovlanması ölkənin
altı bölgəsində – Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Bransuik, Ontario
və Saskaçevanda qeydə alınıb. Qurum əlavə edib ki, son həftə ərzində daha 30
nəfər qızılcaya yoluxub.
2023-cü ildə Səhiyyə Nazirliyi bu xəstəliyə yoluxmanın
12 halını qeydə almışdı. Kanadada son dəfə böyük qızılca alovlanması 2015-ci
ildə baş vermiş və o zaman 113 nəfər yoluxmuşdu.
tag: Kanada, Qızılca, Yoluxma, Xəstəlik, Ölüm, Alberta, todaypress.az,