Kanadada naməlum uşaq məzarlığı aşkarlandı
Dünya
04.07.2024 15:45
Kanadanın şimalındakı Manitoba əyalətində “First Nation” icması tərəfindən 187 adsız uşaq məzarı tapılıb.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Katolik Kilsəsi tərəfindən idarə olunan keçmiş Müqəddəs İosif Yaşayış məktəbinin yerində 150, bir kilometrdən çox məsafədə isə daha 37 məzar aşkar edilib.
Qeyd edilib ki, onilliklərdir sözügedən internatda uşaqların müəmmalı ölümü və ya itkin düşməsi ilə bağlı xəbərlər var idi.
Töhfə Səmədova
tag: Kanada, Uşaq Məzarı, Manitoba, First Nation, Katolik Kilsə, todaypress.az,