Kanadada hicab davası: Müsəlman qız diskriminasiyaya məruz qaldı
Dünya
16.07.2024 17:44
Kanadada müsəlman qız hicab geyindiyi üçün karate sinfindən qovulub.
TodayPress xəbər verir ki, bu barədə “CTV News” məlumat yayıb.
Mübahisə Montrealdakı “Karate Auto Defense” şirkətinin təlimatçısı Lamarrenin qıza “hicabını çıxarmasa, dərsdə iştirakına icazə verilməyəcəyini” söylədikdən sonra yaranıb. O, öz fikrini bu cür əsaslandırıb:
“Karate döyüş sənətinin fəlsəfəsinə əsasən, bütün tələbələr eyni forma geyinməlidir”.
Kanada Karate Milli Assosiasiyası isə bildirib ki, baş örtüyünə icazə verilir.
Kvebek İnsan Haqları Komissiyası 12 yaşlı müsəlman qızın adına 13 min dollar təzminat tələb edib.
Töhfə Səməd
tag: Kanada, Hicab, Müsəlman, Təzminat, todaypress.az,