Kanadada anti-Amerika əhval-ruhiyyəsi artmağa davam edir

Dünya

04.02.2025 12:28

"ABŞ prezidenti Donald Trampın Kanada mallarına gömrük rüsumları tətbiq etməklə hədələməsindən sonra Kanadada anti-Amerika əhval-ruhiyyəsi güclü şəkildə artıb". 

TodayPress xəbər verir ki, bunu Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Solovyev "Live-in" efirində danışarkən bildirib.

Diplomat qeyd edib ki, Kanadada güclü anti-Amerika dalğası var.

Stepanov buna misal olaraq Kanada və Amerika komandaları arasında keçirilən son basketbol və xokkey oyunlarını göstərib. Onun sözlərinə görə, kanadalılar Amerika himnini fitləyib, qışqırıblar. 

Bundan əlavə, yerli müəssisələr ABŞ istehsalı olan malları rəflərdən yığışdırmağa başlayıblar.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Kanada,anti-Amerika,todaypress.az,