Kanada vətəndaşlarını İrandan geri çağırdı
Kanada vətəndaşlarını İranı tərk etməyə çağırır.
TodayPress CBS kanalına istinadla xəbər verir ki, Kanada İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdıqdan sonra vətəndaşlarını İranı tərk etməyə çağırıb.
İctimai Təhlükəsizlik naziri Dominik LeBlan vətəndaşlara müraciətində: "Kanada SEPAH terror təşkilatı ilə mübarizə üçün əlində olan bütün vasitələrdən istifadə edəcək" deyib.
Qeyd edək ki, İran İsrailə verdiyi dəstəyə görə Britaniyanın müdafiə naziri Qrant Şappsa və Britaniya silahlı qüvvələrinin yüksək rütbəli əməkdaşlarına qarşı sanksiyalar tətbiq etmişdi. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyalar İsrail rejiminin hərəkətlərini, o cümlədən regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı terror aktları törətməkdə məqsədyönlü şəkildə dəstək verdiyi üçün tətbiq edilib.
GÜNEL
tag: Kanada, İran, Xarici İşlər Nazirliyi, Qrant Şappsa, todaypress.az,