Kanada Ukraynaya hərbi sursat göndərəcək

Dünya

06.09.2024 17:37

Kanada Ukraynaya “CRV-7” idarə olunmayan raketlər üçün 80 mindən çox mühərrik və 1,3 min döyüş başlığı göndərəcək.

TodayPress xəbər verir ki, bu barədə Kanada hökumətinin saytındakı bəyanatda bildirilir.

Bundan əlavə, Kanada istismardan çıxarılan 29 “M113” və əvvəllər Kanada Silahlı Qüvvələri tərəfindən istifadə edilmiş 64 “Coyote LAV” şassilərini hədiyyə edəcək. Bunlar artıq Kanada Ordusu tərəfindən istifadə edilməyən artıq avtomobillərdir.

Töhfə Səməd

tag: Kanada, Ukrayna, CRV-7, M113, Coyote LAV, todaypress.az,