Kanada Ukraynaya 47 milyon dollarlıq yardım paketini elan etdi

Dünya

18.10.2024 14:10

2014

Kanada Ukraynaya 47 milyon ABŞ dolları həcmində silah-sursat göndərəcək.

TodayPress-in “Reuters“ə istinadən xəbərinə görə, bunu Kanadanın müdafiə naziri Bill Bler açıqlayıb.

O, deyib ki, hökumətin iyulda Ukraynaya ayırdığı 500 milyon dollar vəsaitin hesabına maliyyələşdiriləcək hərbi yardım paketinə silah-sursat və sirehli vasitələr daxildir. Kanadalı nazirin sözlərinə görə, rəsmi Ottavanın əsas məqsədi müharibədə Ukraynanın qələbəsini təmin etməkdən ibarətdir.

Qeyd edək ki, ötən ay Kanada 80 min 840 ədəd “hava-yer” tipli raket, eləcə də 1300 ədəd döyüş başlığı veriləcəyini açıqlayıb.

tag: Kanada, Ukrayna,Yardım,ABŞ ,Raket,todaypress.az,