Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göndərəcək
Dünya
09.01.2025 22:50
Kanada Kiyevə 440 milyon Kanada dolları (305,7 milyon dollar) dəyərində
hərbi yardım göntərmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam
Bleyerin, Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünün
koordinasiyası üzrə təmas qrupunun iclasının yekunlarına dair bəyanatında
deyilir.
Bu vəsaitin
200 milyon Kanada dolları (təxminən 139 milyon dollar) Ukrayna ordusuna mərmi
almaq üçün Çexiya təşəbbüsünə gedəcək. 50 milyon Kanada dolları (34,7 milyon
dollar) isə Kiyevə artilleriya mərmiləri göndərəcək olan Kanada silah
istehsalçılarına köçürüləcək.
Yerdə
qalan vəsait isə digər məsələlərlə yanaşı, onlar üçün PUA və avadanlıqların
alınmasına, həmçinin qış geyimlərinin alınmasına sərf
olunacaq.
Qeyd edək
ki, 2022-ci ilin fevral ayından Kanada Kiyevə 4,5 milyard Kanada dollarından
(3,13 milyard dollar) çox hərbi yardım göstərib.
tag: Ukrayna, Yardım, Rusiya,Kiyev, kanada, todaypress.az,