Kanada Rusiya təyyarəsini Ukraynaya verəcək

Dünya

08.05.2025 10:30

9

Kanada Rusiyaya məxsus “An-124” “Ruslan” yük təyyarəsini Ukraynaya təhvil verməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Olqa Stefanişina “Facebook” səhifəsində açıqlama verib. 

Onun sözlərinə görə, məhkəməyə təqdim edilən müsadirə iddiası Ukrayna Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə apardığı uzunmüddətli işin nəticəsidir.   

“Bu təhvil prosesi beynəlxalq hüququn effektiv işlədiyinə dair əla nümunədir” deyə Stefanişina bildirib. 

Qeyd olunub ki, “Ruslan” təyyarəsi 2022-ci ilin fevralında Kanadada qalıb.

O zaman təyyarə COVID-19 testləri daşıyırdı, lakin Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Kanadadan çıxışına icazə verilməyib. 

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,Təyyarə,Kanada,Todaypress.az,