Kanada İranın İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etdi
Kanada hökuməti İranın İnqilab Keçikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, Kanada mətbuatında yer alan xəbərdə hökumətin İranın İnqilab Keçikçiləri Korpusunu terror təşkilatı elan edəcəyi bildirilib. Müxalifət uzun müddətdir İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi siyashıya salınmasını tələb etsə də Kanada prezidenti Custin Trudeau hökuməti bu addımın çox pis nəticələrinin olacağını bildirərərk sözügedən addımı atmaqdan imtina etmişdi.
Qeyd edək ki, İranla 2012-ci ildən bəri diplomatik əlaqələri kəsən Kanada, İran İnqilab Keşikçiləri Ordusuna bağlı “Qüds Gücü” nü terror təşkilatı elan etmişdi.
Kanada qanunlarına görə, terror təşkilatı siyahısına alınan təşkilatlara yardım edən hər kəs ittihamlarla qarşı-qarşıya qala bilər və mal varlıqları dondurula bilər.
GÜNEL
tag: İran, Kanada, İslam Devrim Mühafizlər Ordusu, "Qüds Gücü", todaypress.az,