Kanada hərbi xərcləri artıra bilər
Dünya
26.11.2024 09:56
Kanada hakimiyyəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası ilə işləyərək bir sıra göstəricilərdə NATO standartlarına qısa zamanda cavab verməyə başlamaq üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırdır.
TodayPress-in CTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib.
Müdafiə naziri 2032-ci ildən əvvəl ÜDM-in 2 %-i həcmində müdafiə xərcləri üzrə NATO standartlarına çatmaq üçün ABŞ-nin yeni administrasiyası və hərbi sənaye kompleksi ilə işləməyə hazır olduğunu bildirib. Nazirin sözlərinə görə, 2032-ci ilə qədər olan müddət bu məqsədə çatmaq üçün "çox uzundur".
Baş nazir Castin Trüdo noyabrın 25-də Montrealda keçirilən NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında bildirib ki, Kanada qarşıdakı illərdə NATO-nun müdafiə xərclərinə dair standartlarına çatacaq.
tag: Kanada, Baş Nazir, NATO,ABŞ, Tramp, todaypress.az,