Kanada Google-u məhkəməyə verdi
Dünya
29.11.2024 09:20
Kanada onlayn reklamla bağlı münaqişəyə görə Google-u məhkəməyə verib.
TodayPress "TASS"a istinadən xəbər verir ki, Ottava texnologiya nəhənginin onlayn reklam bazarından sui-istifadə etdiyini iddia edir.
“Rəqabət Bürosu Google-u Kanadada onlayn reklam texnologiyası xidmətlərində rəqabətə zidd davranışa görə məhkəməyə verir.
Hərtərəfli araşdırmadan sonra Büro şirkətin davranışını kanadalıların maraqları naminə düzəltmək üçün Rəqabət Tribunalına ərizə ilə müraciət edib”.
Kanada Rəqabət Bürosundan verilən məlumatda qeyd olunub.
Günəş Mərd
tag: Kanada,Google,Məhkəmə,Rəqabət,Todaypress.az,