Kanada Donald Trampı hədələdi

Dünya

12.12.2024 12:50

2997

Kanadanın Ontario əyaləti yeni seçilmiş prezident Donald Trampın Kanada mallarına 25% rüsum tətbiq etmək hədələrinə cavab olaraq ABŞ-yə elektrik enerjisinin verilişini kəsə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “CBC” kanalı vilayətin baş naziri Daq Forda istinadən məlumat yayıb.

“Əgər bu məsələ çox uzansa, ən ekstremal tədbirləri görəcəyik. Biz o yerə çatacağıq ki, ABŞ-nin enerji təchizatını kəsəcəyik” deyə Ford bildirib.

O, vəziyyəti bu yerə çatdırmaq istəmədiyini, ancaq vəzifəsinin Kanada və Ontario əyalətini qorumaq olduğunu açıqlayıb.

Qeyd edək ki, Ontario əyaləti Nyu-York, Miçiqan və Minnesota ştatlarına elektrik enerjisinin əsas ixracatçısıdır. 2023-cü ildə əyalət 1,5 milyon evi elektrik enerjisi ilə təmin edib.

Töhfə Səməd

tag: Kanada, ABŞ ,Donald Tramp, Hədə ,todaypress.az,